Maraqlı

“HUAWEI” sürətli enerjidoldurma funksiyasına malik “ağıllı” uzadıcı elan edib

4 Aprel 2020 07:11
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HUAWEI" şirkəti "Əşyalar interneti" kateqoriyasında "HiLink Zhengtai Smart Power Strip" adlı yeni məhsulunu elan edib. Qurğu 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən "ağıllı" uzadıcıdır. Yenilik Çində kraudfandinq platformasında əlçatandır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "HiLink Zhengtai" adlı qurğu 9 konnektorla (3-ü "USB Type-A" portudur) təchiz edilib. Onlardan biri bənövşəyi rəngdədir və 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmin konnektor "HUAWEI Mate 20 Pro", "Mate 30", "Mate Xs", "P30 Pro", "Nova 5 Pro", "HONOR V30", "MatePad Pro" və başqa smartfonlar üçün enerji bloku kimi istifadə edilə bilər.

Digər 6 rozetka müxtəlif başlıq tipli məişət texnikasının qoşulması üçün uyğundur. Bundan başqa, "Wi-Fi" moduluna malik uzadıcı "LiteOS" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.