Maraqlı

"Eurovision 2020" ləğv olundu

18 Mart 2020 16:14
12 Şərh     Baxış: 3 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision 2020" mahnı müsabiqəsi bu il keçirilməyəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda xarici media xəbər yayıb. Bildirilib ki, dünyanı cənginə alan koronavirus infeksiyasının Avropada sürətlə yayılması nəzərə alaraq yarışma təxirə salınıb. Təşkilatçılar bununla bağlı martın 19-da rəsmi məlumat yayacaq.

Bu haqda eyni zamanda İsrailin "Eurovision" heyətinin üzvlərindən biri tvitter-də yazıb. "SuperTV" və "Kann_news"da artıq bunla bağlı xəbər yayımlayıb. Yarışmanın bu il ümumiyyətlə baş tutmayacağı vurğulanıb.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər.

Qeyd edək ki, "Eurovision 2020"nin mayın 12-dən 16-dək Rotterdamdakı "Ahoy" konsert zalında keçirilməsi planlaşdırılırdı.

Azərbaycanı müsabiqədə "Kleopatra" mahnısı ilə Samirə Əfəndi təmsil edəcəkdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.