Maraqlı

Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı

17 Mart 2020 08:25
0 Şərh     Baxış: 3 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

"Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir", - J.Nanşan qeyd edib.

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Həmçinin Pekin bələdiyyəsi şəhərdəki əcnəbilərə zərurət olmadan səyahətə çıxmamaları barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.