Maraqlı

OnePlus 8 barəsində yeni rəsmi məlumatlar verilib

14 Mart 2020 08:35
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OnePlus şirkətinin CEO-su Pete Lau ABŞ-ın Cnet saytına müsahibə verib. Öz müsahibəsi çərçivəsində o, təqdim olunacaq OnePlus 8 smartfon seriyası barəsində bəzi məlumatları da qeyd edib. Beləliklə Pete Lau-nun sözlərinə əsasən OnePlus 8 və OnePlus 8 Pro smartfon modelləri 5G modem ilə təchiz olunacaqlar. Bu səbəbdən hər iki smartfon əvvəlki modellər ilə müqayisədə daha baha qiymətə satılacaqlar. Qeyd etmək lazımdır ki, OnePlus 7T-nin satışı 600$ qiymətində, OnePlus 7T Pro-nun satışı isə 870$ qiymətində başlamışdı.

Pete Lau smartfonların digər özəllikləri barəsində məlumat verməyib. Lakin artıq dəqiqdir ki, hər iki smartfon modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran və Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. OnePlus 8 smartfon seriyasının təqdimatı artıq gələn ay baş tutmalıdır. Gözləntilərə əsasən təqdimat tədbiri 14 aprel tarixində keçiriləcək. Qeyd etmək lazımdır ki, şirkət həmçinin OnePlus 8 Lite modeli üzərində də çalışır. Son məlumatlara əsasən həmin model yay fəslində təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.