Maraqlı

Yer kürəsi daha bir bəla ilə ÜZ-ÜZƏ

7 Mart 2020 15:12
1 Şərh     Baxış: 2 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Milli.Az-a verilən məlumata görə, astronomlar onun Yer ilə toqquşmasını istisna etmir.

52768 (1998 OR2) nömrəli asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.