Maraqlı

İkinci bazarda ən bahalı smartfonlar məlum olub

10 Mart 2020 07:41
0 Şərh     Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"BankMyCell" xidməti ikinci bazarı təhlil edib və qiyməti daha gec ucuzlaşan cihazların adını açıqlayıb. "Apple"ın istehsalı olan aparatlar ən bahalı qurğular adlandırılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, araşdırmaya əsasən, orta statistik "iPhone" qurğusu 2 il ərzində öz dəyərinin təxminən 45%-ni, qabaqcıl "Android" smartfonu isə təxminən 71%-ni itirəcək.

Mütəxəssislərin müşahidəsinə görə, ucuz smartfonların dəyəri daha sürətlə azalır. 2 il müddətində ucuz "Android" qurğusunun dəyəri təxminən 79% azalacaq. 2018-ci ilin oktyabrında 349 dollara satışa çıxarılmış və 2019-cu ilin dekabrında 43 dollara satılmış "Motorola One" aparatı ən zəif göstərici nümayiş etdirib.

Xidmət belə nəticəyə gəlib ki, 2019-cu ildə "Apple" smartfonlarının dəyəri təxminən 25%, "Nokia" və "Sony" aparatlarında isə müvafiq olaraq 27 və 31% azalıb. "Motorola" və "LG" şirkətlərinin istehsalı olan smartfonlarda isə bu göstərici müvafiq olaraq 59 və 56%-ə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.