Maraqlı

Polanski mükafatını almağa gələ bilmədi

1 Mart 2020 21:35
0 Şərh     Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roman Polanskinin "Zabit və Zasus" filmi ən yaxşı rejissura, adaptasiyaya və kostyumlara görə üç "Sezar" mükafatına layiq görülüb. Film ümumilikdə 12 kateqoriyada nominasiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fransanın "Sezar" kino mükafatlarının təqdimatı Parisdə rejissor R.Pollanskinin ətrafında baş verən iğtişaşlar və qalmaqallar fonunda baş tutub. Rejissor mükafatlarını almalı oluğu mərasimdə iştirakdan imtina edib.

Xatırladaq ki, R.Polanski bir neçə qadın tərəfindən 13, 14 və 16 yaşında olduqları zaman təcavüzə uğramaqlarında günahlandırılır. Hüquq müdafiəçiləri ümumiyyətlə "Sezar" tədbirinin boykotuna çağırıblar.

86 yaşlı Roman Polanski Avropada, əsasən Fransada yaşayır və filmlər çəkir. O, ABŞ-dan 1978-ci ildə qaçıb və adı interpolun axtarış siyahılarında yerləşir. Lakin Fransa öz vətəndaşlarını başqa ölkələrə ekstradisiya etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.