Maraqlı

2019-cu ilin ən populyar smartfonu məlum olub

3 Mart 2020 07:01
0 Şərh     Baxış: 2 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omdia" tədqiqat şirkətinin məlumatına görə, 2019-cu ildə ən çox satılan smartfon 2018-ci ildə təqdim edilmiş "iPhone XR" olub: "Apple" korporasiyası 46,3 milyon belə aparat satıb. "iPhone 11" smartfonu ikinci yeri tutub. Ötən il 37,3 milyon belə telefon satılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2019-cu ildə ən populyar smartfonların reytinqində "Samsung"un qurğuları ("Galaxy A10", "A50" və "A20") 3-5-ci yerlərdə qərarlaşıb. Bu ucuz qurğuların satış həcmi müvafiq olaraq 30,3, 24,2 və 19,2 milyon təşkil edib.

Beləliklə, hələ ki nə "Samsung", nə "Huawei", nə də başqa istehsalçı "Apple" şirkətini bahalı smartfonlar bazarında sıxışdıra bilmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.