Maraqlı

“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib

3 Mart 2020 08:51
0 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sony" şirkəti qabaqcıl "Xperia 1 Mark II" aparatı və peşəkarlar üçün "Xperia Pro" prototipi ilə yanaşı, həmçinin "Xperia 10 Mark II" smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparat enerjiyə qənaətcil "Snapdragon 665" prosessoru, 6 düymlük Full HD təsvir ölçülü OLED displey, 4 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib.

Arxa paneldə 3 kamera quraşdırılıb: 8 meqapiksellik genişbucaqlı, 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik telefoto. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

Akkumulyatorun tutumu 3600 milliamper/saat təşkil edir. Aparat, həmçinin "IP65/68" standartına uyğun olaraq su və tozdan qorunub və hər iki tərəfdən "Gorilla Glass 6" şüşəsinə malikdir.

2020-ci ilin yazında satışa çıxarılacaq "Xperia 10 II" aparatının qiyməti açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.