Maraqlı

“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

3 Mart 2020 08:25
0 Şərh     Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Sony" şirkəti ötənilki "Xperia 1" modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl "Xperia 1 II" smartfonunu nümayiş etdirib. Qurğunun rəsmi təqdimatı "Mobile World Congress 2020" sərgisində nəzərdə tutulsa da, tədbir koronavirusa görə ləğv edilib. Bu səbəbdən şirkət tərəfindən ayrıca tədbir təşkil olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Avropa bazarında yeni "Sony" qurğusu şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonu olacaq. Əvvəlki "Xperia 1" modelindən fərqli olaraq yeni "Xperia 1 II" simsiz enerji doldurma və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz ediləcək.

Lakin smartfonun başlıca xüsusiyyəti "Sony Alpha" rəqəmli kameraları üçün yaradılmış texnologiyalardan istifadə edən təkmilləşdirilmiş kamerasındadır. Digər istehsalçılar smartfonlarda fotomodulları əsasən meqapiksellərin sayını artırmaqla yaxşılaşdırdığı halda qabaqcıl "Sony" qurğusunda innovativ texnologiyalar, məsələn, saniyədə 20 kadr seriyalı çəkiliş funksiyası tətbiq edilib.

Əsas fotomodulun 1/1.7 düymlük "Exmor RS" matrisası "Zeiss" obyektivi ilə birlikdə işləyir. "Cinematography Pro" texnologiyası çəkiliş quraşdırmalarını səhnə şəraitinə uyğun operativ dəyişməyə imkan verir. Bunun sayəsində ən dinamik süjetlərin çəkilişi asanlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.