Maraqlı

VİSA kriptovalyuta şirkətini üzv qəbul etdi

22 Fevral 2020 21:25
1 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

visa-worldpay-take-blame-for-duplicate-charges-on-coinbase-reverse-transactions  VİSA ilk dəfə olaraq Coinbase kriptovalyuta birjasına həqiqi üzv statusu verib. Coinbase bununla VİSA üzvlüyünü almış ilk kriptovalyuta şirkəti oldu. Bu üzvlük, Coinbase platformasına üçüncü tərəf olmadan debet kartlarının buraxılmasına, rəqəmsal pulların gündəlik həyatda ödəmə vasitəsi kimi istifadəsini asanlaşdırmasına imkan verəcəkdir. Əldə olunmuş razılığa əsasən, Bitcoin, Ethereum və Ripple kriptovalyutaları ilə debet kartlar buraxılacaq.

Visa ilə Coinbase birjasının əməkdaşlığı artıq 2019-cu ildə başlamışdı. Şirkətlər birlikdə Coinbase Card kriptovalyuta debet kartını buraxdılar. Bu kart 10 rəqəmsal valyutanı dəstəkləyir lakin onu yalnız Avropa Birliyininvətəndaşları ala bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.