Maraqlı

Piyadaya yol verməyən sürücü nə qədər cərimə oluna bilər?

20 Fevral 2020 22:50
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demək olar ki, gündəlik həyatımızda hər birimiz sürücü, yaxud piyada qismində hərəkətdə oluruq. Qarşılaşdığımız mənzərələrdən biri sürücülərin piyadalara yol verməməsi və bəzən bunun nəticəsində ağır qəzaların da qaçılmaz olmasıdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, sürücü piyadaya yol vermədiyi halda qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.

Bəs sürücü tərəfindən piyada keçidinə daxil olmuş piyadaya yol verilmədikdə hansı cərimə tətbiq olunur?

"İnzibati Xətalar Məcəlləsi"nin 330-cu maddəsinə əsasən həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.