Maraqlı

3 "bakkuş"u eyni anda yeməyə çalışan qız boğulub öldü - VİDEO - FOTO

18 Fevral 2020 12:22
4 Şərh     Baxış: 7 596
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

3 "bakkuş"u eyni anda yeməyə çalışan qız boğularaq ölüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Rusiyada keçirilən keks yemə müsabiqəsi zamanı faciəvi hadisə yaşanıb.

23 yaşlı Aleksandra Yudina adlı qız müsabiqə zamanı 3 ədəd "Choco Pie" şirniyyatını eyni anda ağzına qoyduqda boğulub. Oksigensiz qalan qız şüurunu itirərək yerə yıxılıb.

Onun ətrafındakı şəxslər Aleksandraya kömək etməyə çalışsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Rusiya qəzetlərindən birinin yazdığı məlumata görə, Aleksandra leykemiya xəstəsi olub və rəfiqələrinə bildirib ki, qalan ömrünü ancaq əylənərək keçirmək istəyir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.