Maraqlı

Bu ölkədə turizmin təbliği üçün xüsusi televiziya kanalı açılacaq

12 Fevral 2020 23:05
0 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir parlamentinin fevralın 11-də keçirilən iclasında deputatlar turizmin təbliği üçün xüsusi dövlət televiziya kanalı açılması təklifi ilə çıxış ediblər. Ölkə rəhbərliyinin bu təklifə müsbət cavab verdiyi də bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, parlamentin üzvü Suad Almasri qeyd edib ki, dövlətin maliyyə ayıracağı televiziya kanalı Misirin zəngin turizm məkanlarını turistlərə tanıtmaq məqsədilə müxtəlif dillərdə yayım aparmalıdır. O əlavə edib ki, bu təcrübə turizm sektorunun inkişaf etdiyi bir neçə ölkədə var, halbuki, onların əksəriyyətində Misirdə olduğu kimi çoxlu qədim abidələr yoxdur. Deputatın sözlərinə görə, yeni təklif turizmin tezliklə ölkə büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Deputatlar, həmçinin təklif ediblər ki, turizm telekanalı dövlətdən maliyyə vəsaiti almaqla yanaşı, otellərin reklamından da külli miqdarda pul qazana bilər. Vəsaitin bir hissəsi isə Misirin tarixi abidələrinin və arxeoloji məkanların bərpasına yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.