Maraqlı

“AirPods” qulaqlıqlarının qlobal defisiti proqnozlaşdırılıb

13 Fevral 2020 08:11
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AirPods" qulaqlıqlarının satışı təhlükə altındadır. Yaponiyanın "Nikkei" agentliyinin mənbələri koronavirus epidemiyası ilə əlaqədar sözügedən qulaqlıqların istehsalında problem olduğu haqda məlumat veriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, insayderlər koronavirus epidemiyasına görə "AirPods" qulaqlıqlarının qlobal defisitini proqnozlaşdırırlar. "Apple"ın tədarükçüləri istehsalı dayandırmağa məcbur olublar. Agentliyin məlumatına görə, "Luxshare-ICT", "Goertek" və "Inventec" komponentlərin tədarükünü və istehsalın bərpasına icazə gözləyirlər.

"Apple" şirkətinin gözləntisinə görə, tərəfdaşlar bazar ertəsi istehsalı işə salacaqlar. Vəziyyətlə tanış bir mənbəyə görə, şirkətlər yaxın 2 həftə ərzində işi bərpa etməsələr və komponentlər tədarük edilməsə, onda "AirPods" qulaqlıqlarının qlobal defisiti gözlənilir. "Nikkei" agentliyi yazır ki, "Apple" Çindəki epidemiya xəbərindən öncə 45 milyon qulaqlıq sifariş etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.