Maraqlı

Yeni doğulan körpənin çəkisi onun erkən ölüm riskindən xəbər verir

9 Fevral 2020 14:08
0 Şərh     Baxış: 3 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlər müəyyənləşdiriblər ki, yeni doğulmuş körpənin çəkisi insanın yetkinlik dövründəki dözümlülük dərəcəsi ilə bir başa əlaqəlidir.

Milli.Az News24.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri Amerika Ürək Dərnəyinin jurnalında yayımlanıb.

Mütəxəssislər, təxminən 287 min İsveç hərbi xidmətə yollananların məlumatlarını təhlil ediblər. 17 yaşdan 24 yaşa qədər xidmətə çağrılanların hamısının hamiləliyin 37-ci həftəsindən 41-ci həftəsinə qədər tam müddətli dünyaya gəldiyi aşkarlanıb.

Elm adamları, çağırışçıların kardiorespiratuar dözümlülüyü haqqında da məlumatlar əldə ediblər. Ağciyərlərin və ürəyin aşağı intensivlikdə və uzunmüddətli şəraitdə əzələləri oksigenlə necə təmin etdiyini müşahidə ediblər.

Yenidoğanın çəkisi nə qədər yüksək olarsa, orqanizmin ürək-damar və tənəffüs sistemləri tərəfindən uzunmüddətli gərginliyə daha yaxşı tab gətirdiyi bəlli olub. Elm adamları, əlavə hər 450 qram doğuş ağırlığının erkən ölüm riskini 13% azaldığını da bildiriblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.