Maraqlı

“YouTube” videohostinqinin mənfəəti məlum olub

8 Fevral 2020 08:41
0 Şərh     Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin son üç ayı ərzində dünyanın ən böyük videohostinqi "Google" şirkətinə təxminən 5 milyard dollar mənfəət qazandırıb. Bu haqda "Alphabet"in maliyyə hesabatından məlum olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "YouTube" təxminən 15 ildir axtarış sisteminə məxsusdur, ancaq əvvəllər şirkət heç vaxt videohostinqdən əldə etdiyi gəliri açıqlamırdı. 2006-cı ildə "Google" şirkəti 1,65 milyard dollara "YouTube"u satın almışdı.

Hesabata əsasən, 2019-cu ildə videohostinqin reklam gəliri 15 milyard dollar təşkil edib. 2018-ci illə müqayisədə "YouTube"un gəliri 36,5% yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.