Maraqlı

Avropa Parlamenti smartfonları enerji ilə doldurmaq üçün universal konnektorun tətbiqinə səs verir

8 Fevral 2020 07:21
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı markasından, ölçüsündən və modelindən asılı olmayaraq bütün mobil telefonlar üçün enerji doldurma qurğularının eyni konnektora malik olmasını təkid edir. Bu haqda "Euronews" məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yanvarın 30-da Avropa Parlamenti böyük səs çoxluğu ilə Avropa Komissiyasını qurğuların enerji ilə doldurulması üçün istehsalçılardan vahid konnektorun tətbiqinə çağıran qətnamənin lehinə səs verib. Avropa Parlamentinin saytındakı məlumata əsasən, 582 deputat qətnamənin lehinə, 40 deputat əleyhinə səs verib, 37 deputat isə bitərəf qalıb.

Qətnaməyə əsasən, Avropa Komissiyası 2020-ci ilin iyulunadək yeni reqlament hazırlamalıdır. Deputatların gözləntisinə görə, qəbul edilmiş qərar yalnız avropalı istifadəçilərin həyatını asanlaşdırmayacaq, eyni zamanda müvafiq tullantıların həcmini azaltmağa kömək edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, hər il dünyada təxminən 50 milyon ton elektron tullantı yaranır. Bu, orta hesabla adambaşına 6 kq-dan çoxdur. 2016-cı ildə Avropa İttifaqına üzv dövlətlərin hər bir vətəndaşına 16,6 kq atılmış elektron texnika düşüb.

Hazırda dünyada enerji doldurma qurğuları üçün üç standart geniş yayılıb: "micro USB", onun təkmilləşdirilmiş versiyası olan "USB-C", həmçinin "Apple"ın bütün yeni qurğularında istifadə edilən "Lightning" konnektoru.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.