Maraqlı

Bu ölkədə mağazalar istifadə müddəti bitmiş ərzağı pulsuz paylayacaq

10 Yanvar 2020 07:48
0 Şərh     Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyanın hakimiyyət orqanları mağazalara istifadə müddəti bitmiş, lakin istifadəyə yararlı qida məhsullarını xeyriyyə təşkilatlarının ehtiyacları üçün pulsuz paylamaları barədə göstəriş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qərar Avstriyanın yeni Nazirlər Kabinetinin işgüzar proqramında nəzərdə tutulub. Burada qida tullantılarına qarşı fəaliyyət planından söhbət gedir. İstifadə müddəti tükənmiş qida məhsullarının paylanmasına Milli Koordinasiya Mərkəzi nəzarət edəcək.

Qeyd edək ki, Avstriya mağazalara istifadə müddəti bitmiş ərzaq məhsullarını tullamağı qadağan edən ilk ölkə deyil: eyni sistem 2016-cı ildən etibarən Fransada tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.