Xərçəng xəstəliyini anlamaq və onunla mübarizə aparmaq üçün yaradılan süni zəka əsaslı "Paige" startapı 45 milyon dollar investisiya əldə edib.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, xərçəng patologiyasını daha yaxşı xəritələmək üçün maşın öyrənməsi kimi süni zəka üsullarından istifadə edən "Paige" xərçəngin köklərini və irəliləməsini analiz edir və müalicə tətbiq edir.
30-a yaxın işçisi olan startap aldığı investisiyanı qlobal bazarda möhkəmlənmək üçün istifadə edəcəyini bildirib.
Milli.Az