“Paige” startapı xərçəngin qarşısını ala bilər

31 Dekabr 2019 20:55

Xərçəng xəstəliyini anlamaq və onunla mübarizə aparmaq üçün yaradılan süni zəka əsaslı "Paige" startapı 45 milyon dollar investisiya əldə edib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, xərçəng patologiyasını daha yaxşı xəritələmək üçün maşın öyrənməsi kimi süni zəka üsullarından istifadə edən "Paige" xərçəngin köklərini və irəliləməsini analiz edir və  müalicə tətbiq edir.

30-a yaxın işçisi olan startap aldığı investisiyanı qlobal bazarda möhkəmlənmək üçün istifadə edəcəyini bildirib.

Milli.Az