Maraqlı

Yeni texnologiya 3D çapın sürətini 1-10 min dəfə artırır

28 Dekabr 2019 07:41
0 Şərh     Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honkonq Çin Universitetinin alimləri tərəfindən hazırlanmış yeni texnologiya 3D çapın sürətini 1-10 min dəfə artırır. Bundan başqa, o, əşyaların istehsal dəyərini aşağı salır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yüksək dəqiqlikli 3D çap texnologiyası çox dəqiq biotibb və foton qurğularının istehsalında vacib bir metod hesab edilir. Ancaq bu texnologiya çox ləng işləyir, buna görə Honkonq Çin Universitetinin maşınqayırma və avtomatlaşdırma kafedrasının alimləri onu sürətləndirməyi və təkmilləşdirməyi təklif ediblər.

Onlar müvəqqəti fokuslama vasitəsilə lazer spektrini sürətləndirmək yolu ilə bu problemi həll ediblər. Bu zaman çap prosesi nöqtəbənöqtə deyil, qat-qat icra olunur. Yeni texnologiya sürəti 1-10 min dəfə artırır və materiallara xərcləri 98% aşağı salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.