Maraqlı

“IoT” qurğularının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyardadək artacaq

21 Dekabr 2019 08:11
0 Şərh     Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Strategy Analytics" tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək "Əşyaların interneti (IoT)" avadanlığının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyarda yaxınlaşacaq ki, bunun da 33%-i "5G" texnologiyasının payına düşəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hələ ki "2G" və "4G" standartları üstünlük təşkil edir: "IoT" qurğularının mobil şəbəkələrə qoşulmasında sözügedən standartların payı 78% təşkil edir. 2020-ci illərdə "5G" şəbəkələri ilk pillədə qərarlaşacaq.

Həmçinin proqnoza görə, 2025-ci ilədək "IoT" avadanlığının mobil şəbəkələrə qoşulma sayı üzrə ən böyük göstərici avtomobil sektorunun payına düşəcək. İkinci yeri sənaye (15%), üçüncü yeri isə kommunal sektoru və nəqliyyat sahəsi (hər biri 12%) tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.