Maraqlı

Zeytun yağı bu xəstəliklərdən də qoruyur

21 Dekabr 2019 21:20
0 Şərh     Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər zeytun yağı ilə bağlı yeni araşdırma aparıblar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dan olan alimlər bu məhsulun insan orqanizminə təsirini öyrənərək belə qənaətə gəliblər ki, beyini həm Alzheimer xəstəliyinin (yaddaş və intellektual qabiliyyətlərin pozulması), həm də demensiyanın (ağılın zəifləməsi) inkişafından qorumaq üçün zeytun yağı qəbul etmək lazımdır.

Tədqiqatçılar bildiriblər ki, zeytun yağından hər gün bir az istifadə etməklə Alzheimer xəstəliyindən və demensiyadan qorunmaq olar.

Məlum oldu ki, soyuq sıxma yolu ilə (təmizlənməmiş) istehsal olunan zeytun yağını az miqdarda yeməyə əlavə etmək  kifayətdir ki, onda olan antioksidantlar və başqa faydalı maddələr, beyinin sağlamlığına müsbət təsir etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.