Maraqlı

Bu dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub

21 Dekabr 2019 19:20
0 Şərh     Baxış: 1 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əksəriyyətin geniş istifadə etdiyi həblərdən biri ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər aspirin həblərinin xərçəngə qarşı effektivliyini isbat ediblər.

Hesab olunur ki, adi aspirinin müntəzəm istifadəsi onkoloji xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bu üsul piylənmədən əziyyət çəkən insanlara demək olar ki, zəmanət vermir. ABŞ-dan olan alimlərin bununla bağlı apardıqları araşdırmanın nəticələri JAMA portalında dərc edilib.

Tədqiqat çərçivəsində 12 il müddətində 140 mindən artıq amerikalının məlumatları öyrənilib. Nəticədə ABŞ-ın aspirin istifadə edən vətəndaşları arasında prostat, bağırsaq və digər orqanların xərçəngi daha az aşkarlanıb.

Qeyd edilir ki, bu xüsusiyyət yalnız normal çəkili insanlar arasında aşkarlanıb. Aspirin qəbulundan belə bir effekt həddindən artıq arıq və ya kök olan insanlar üçün müəyyən edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.