Maraqlı

Ləkəli almaları yemək olmaz?

21 Dekabr 2019 22:15
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaların üzərində olan ləkələr çox vaxt penisilin göbələklərinin növlərindən birinin olması ilə əlaqələndirilir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, artıq alimlər üzərində ləkələr olan almaların çox təhlükəli olduğunu bəyan ediblər. Onlar hesab edir ki, almada ləkə, zədə varsa, onun tərkibində zəhərli maddə - patulin əmələ gəlir. Bu isə genlərə zərər verir, onlarda mutasiyaya səbəb olur. Bunun xərçəngin inkişafına səbəb ola biləcəyi bildirilir.

Patulinin ana bətnində inkişaf edən döl üçün zəhərli olduğu məlumdur və buna görə hamiləlik dövründə onun qəbulu minimum olmalıdır.

Əvvəllər həkimlər çürük meyvələrin yeyilməsinin mümkün olub-olmadığı barədə fikrilər bildirirdilər. Mütəxəssislərin fikrincə, meyvənin səthinin ən azı üçdə bir hissəsinə zədə, ləkə  varsa, yeyilməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.