Maraqlı

«Erotik kapital»a malik məşhurlar kimlərdir?

15 Aprel 2010 18:17
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"The Daily Mail" qəzetinin yazdığına görə, alimlər müasir dünyada insanın bu "aktivlər"ə malik olmasını vacib sayır və hesab edir ki, bu, heç də pullu olmaqdan az əhəmiyyət daşımır. "Erotik kapital" anlayışına isə yalnız xarici cazibədarlıq yox, həm də ünsiyyət təcrübəsi, seksual biliklər, təşəbbüskarlıq və sair aiddir: "Erotik kapitala heç gözəl olmayan insanlar da malik ola bilərlər. Buna misal kimi Madonnanı göstərmək olar".

Alimlər Madonnanın o qədər də güclü səsə malik olmadığını, dodaqlarının, əllərinin xüsusi gözəlliyinin olmadığını, lakin minlərlə kişinin onu arzuladığını misal çəkir.

Alimlər dünyada "erotik kapital"a malik şəxslər kimi Fransa prezidentinin xanımı Karla Bruni, futbolçu Devid Bekhem, onun xanımı Viktoriya, aktyor Saymon Kouell, ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obamanın adlarını çəkir: "Son zamanlar adi insanlar arasında "erotik kapital"a marağın xeyli artdığı ortadadır. İqtisadi böhranın ən qızğın vaxtında kosmetika satışının sürətlə artması da bunun bariz nümünəsidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.