Maraqlı

"Eurovision"da Fələstin bayrağı açan ölkə cəzalandırıldı

22 Sentyabr 2019 22:15
0 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin paytaxtı Tel-Əvivdə keçirilən 64-cü "Eurovision" mahnı müsabiqəsində Fələstin bayrağı açan "Hatari" qrupuna görə İslandiya Avropa Yayım İttifaqı tərəfindən cəzalandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İslandiyanın dövlət televiziyası RUV 5 min avro cərimələnib. Bununla belə İslandiya 2020-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçriləcək "Eurovision"a qatılacaq.

Xatırladaq ki, 232 xalla yarıçmanı 10-cu pillədə yekunlaşdıran "Hatari" üzvləri Fələstin bayraqları açaraq zəfər işarəsi göstərmişdilər. Onların bu hərəkəti sosial şəbəkədə böyük səs-küy yaratmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.