İnsanlarla necə rəftar etsəniz, Allah da sizinlə o cür rəftar edər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimin nəzərində ən üstün məkarim əxlaq - başqalarını bağışlamaq və əfv etməkdir. Allah özünü hər bir surənin başlanğıcında bağışlayan və mehriban kimi tanırmışdır. Ona görə də bağışlamaq və əfv etmək Allahın ali sifətlərindən hesab olunur.
Allah Peyğəmbərinə (s) xitab edərək buyurur: "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bağışlamaq və əfv etmək mədəniyyəti insanlığın ən ali sifətlərindəndir. Əgər Allah bəndələri bu yoldan xaric olarsa, nəfsi istəklərinə, təkəbbürünə, qüruruna, özünə vurgunluğa tabe olarsa, bu şeytani sifətlər ilə yolunu azmış olar. O kəslər ki, bağışlamağı bacarmırlar, İlahi rəhmətin sayəsində qərar tuta bilməzlər. "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?". ("Nur" 22).
Qiyamət günü Allah insanlara xitab edərək buyurar: "Haradadır o kəslər ki, Allahın üzərində haqları vardır?". Hamı bu sualdan çox təəccüb edər və xitab gələr: "Haradadır o kəslər ki, dünyada başqalarına güzəşt ediblər? Haradadır o kəslər ki, Allah rizası üçün başqalarının təqsirlərini halal ediblər? O kəslər ki, əfv əhlidirlər, gəlsinlər və hesab vermədən behiştə daxil olsunlar". (Erfan)
Güzəşt və bağışlamaq o zaman ən gözəl şəkildə özünü nümayiş etdirər ki, insanın intiqam almaq üçün qüdrəti olar. Ancaq bu qüdrətinə baxmayaraq, həmin insanın xatasını bağışlayar. "Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə, onun mükafatı Allahın öhdəsinədir". ("Şura" 40).
İmam Əli (ə) buyurur: "İnsanlarla necə rəftar etsəniz, Allah da sizinlə o cür rəftar edər. Bağışlasanız, bağışlayar. İşini düyünə salsanız, işinizi düyünə salar. Sərt olsanız, sərt olar. Asanlıq etsəniz, asanlıq edər. Yəni, necə ki, muzd verirsən, o cür də muzd alırsan. Cəhənnəm əzabı və behişt nemətlərini əldə etmək bizim özümüzlədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İçlikli, doyumlu qarnıyarık poğaça resepti
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
Tut mürəbbəsi resepti
XƏBƏR LENTİ
-
Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir
-
İyulun 1-dən metroda yeni qrafiklə hərəkət ediləcək
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
-
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
"Hakim faktları kənara qoyub qərar qəbul etdi"
-
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər
-
Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi
-
"Demokratiya TV"-nin rəhbəri həbs edildi
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Tehran: ABŞ ilə bu həftə texniki görüş keçirilməyəcək
-
Konqoda Eboladan ölənlərin sayı 360 nəfərə çatıb
-
Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
-
Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir
-
"Dənizə gedənin ağlı yoxdur"
-
Rusiya Müdafiə Nazirliyi: Bir gündə 400-dən çox PUA vurulub
-
Pirşağıda qadın dənizdə boğularaq öldü
-
Vaqif Qurbanoğlunun qızı vəfat etdi
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - (Video)
-
Sabah temperatur 33 dərəcəyədək yüksələcək - Proqnoz
-
DYP sürücüləri diqqətli olmağa çağırıb





