Maraqlı

Facebook-la bağlı yeni QALMAQAL - FOTO

31 Mart 2018 11:43
0 Şərh     Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Facebook rəhbərliyi əməkdaşlarına tapşırıb ki, sosial şəbəkənin istifadəçilərinin sayının artırılması, auditoriyasının genişləndirilməsi üçün bütün vasitələrdən istifadə edə bilərlər".

Milli.Az Buzfeed-ə istinadən bildirir ki, bu göstəriş Facebook-un top-menecerlərindən biri Endryu "Bos" Bosuortun əməkdaşlara yolladığı xidməti göstərişində bildirib.

Bu isə dünyanın ən populyar sosial şəbəkəsinin yeni istifadəçilər cəlb etmək üçün bütün vasitələrdən yararlanacağını göstərir.

"Auditoriyanı genişləndirmək üçün əlaqələrin idxalı, insanları sosial şəbəkədə saxlayacaq maraqlı ifadələr də işə yaraya bilər. Biz insanlar arasında əlaqə yaradırıq. Anlayın", - Bosuortun məktubunda deyilir.

Həmin məktub ABŞ-ın Çikaqo şəhərində 28 yaşlı Antonio Perkinsin Facebook-da canlı yayımda qətlə yetirildiyi günün ertəsi yazılıb.

Bosuort belə məktub yazdığını etiraf etsə də, məzmunu ilə razı deyil.

O, çox kobud insan kimi tanınır.

Facebook-un 3 mindən artıq əməkdaşı bu məktubla razı olmadıqlarını və hiddətləndiklərini bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.