Maraqlı

Bu qız zibil daşıyırdı, milyonçu oldu - FOTO

10 Oktyabr 2013 14:25
16 Şərh     Baxış: 16 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinada nağıllardakı olaylara bənzər hadisə yaşanıb.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, Argentinanın paytaxtı Buenos-Ayresdəki vağzallarda zibilləri toplayaraq təkrar emal məntəqələrinə verən 16 yaşlı Daniela Cott küçədə tapıldı, kəşf olundu və dünyanın ən məşhur modellərindən birinə çevrildi.

9 uşaqlı ailənin 4-cü övladı olan Daniela günlərin birində Buenos-Ayresin varlılar yaşayan səmtindəki Palermoda zibil qutularından birini eşələyəndə həmin an yoldan keçən zərgər və dizayner Marina Qonsalesin diqqətini çəkib.

Daniela və onun ailəsi Buenos-Ayresdəki 10 mindən artıq "cartoneros"lardandı. "Cartoneros"lar karton qırıqlarını, banka və butulkaları yığaraq zibil emalı məntəqələrinə, zavodlara təhvil verirlər.

2005-ci il, noyabr ayının soyuq günlərindən biri.

Zibil qutusunda eşələnən qızın fitri gözəlliyini görən Qonsales ona yaxınlaşaraq "Sənin fotolarını çəkə bilərəm?" deyib.
 

Daniela razılaşıb.

Marina Qonsales sonradan bu fotoları "Elite Argentina" model agentliyinin baş meneceri, yaxın dostu Ribardo Pinyeroya yollayıb.

R.Pinyero fotolara baxan kimi Danielanın gözəlliyinə heyran qalıb. O, Daniela Cottun ailəsi ilə əlaqə saxlayıb, qızın valideynlərindən icazə alandan sonra yeniyetməni "Elite Model Look" model müsabiqəsinə dəvət edib.

Danielanın valideynləri ErnanOlqa ölkədəki iqtisadi böhran nəticəsində işsiz qalmışdılar.

176 sm boyu olan 21 yaşlı Daniela Cott indi Argentianın ən məşhur modellərindən biridir.

Buenos-Ayresin Villa Caraza səmtindəki gecəqondu məhəlləsində doğulmuş Danielanın dediyinə görə, keçmişini unutmayıb.

"Hər gün məktəbdən gəlir, axşam saat 6-dan 10-a qədər zibil yığırdım. Ailəmizin aylıq gəliri 300 dollardan artıq deyildi. İş ağır, həyatımız yoxsuldu. O günləri əsla unutmaram", - Daniela Cott deyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Fotolar: The Telegraph
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.