Maraqlı

Kliniki ölüm keçirən şəxsdən şok sözlər

28 Mart 2025 07:07
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1991-ci ildə amerikalı Pem Reynoldz Loueri beyin əməliyyatı zamanı kliniki ölüm keçirib və bu müddətdə yaşadığı qeyri-adi təcrübələri paylaşaraq dünya ictimaiyyətini təəccübləndirib. 

Milli.Az xəbər verir ki, o, əməliyyat zamanı bədənindən ayrıldığını hiss etdiyini və cərrahların onun üzərində apardığı prosedurları müşahidə etdiyini bildirib.

Pemin sözlərinə görə, onun bədən temperaturu 10°C-yə qədər endirilib, ürək döyüntüsü və nəfəsi tamamilə dayanıb, beyin fəaliyyəti isə sıfıra düşüb. Buna baxmayaraq, o, əməliyyat otağında baş verənləri dəqiq şəkildə gördüyünü və cərrahların istifadə etdiyi alətləri təsvir edə bildiyini deyir.

Ən təsirli məqamlardan biri isə, Pemin artıq vəfat etmiş əmisi ilə qarşılaşmasıdır. O, əmisi ilə ünsiyyət qurduğunu və onun tərəfindən yenidən bədəninə qayıtmağa təşviq edildiyini söyləyib.

Bu hadisə ölümə yaxın təcrübələr və ölüm sonrası həyatla bağlı sualları yenidən gündəmə gətirib və elm aləmində bu sahədə daha geniş araşdırmalara ehtiyac olduğunu göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.