Maraqlı

Ronaldonun Corcinası xəstəxanalıq oldu: Nə baş verir? - FOTOFAKT

25 Oktyabr 2024 14:50
Baxış: 1 142
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez həyatından ən son xəbərləri "Instagram" hesabında paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, argentinalı model hekayə bölməsində son 4 günü xəstəxanada keçirdiyini söyləyib.

Buna səbəbin pnevmoniya olduğunu bildirib:

"Nəhayət mən evdəyəm! Pnevmoniya ilə 4 gün xəstəxanada yatdım. İndi özümü daha yaxşı hiss edirəm, amma ailəmlə birlikdə sağalmağa davam edirəm.

Xəstəxananın bütün əməkdaşlarına, həkimlərinə, tibb bacılarına və hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənə çox gözəl qayğı göstərdilər, onlara minnətdaram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.