Maraqlı

Kişilərin beyni hər gün 20:00-da kiçilir

27 Sentyabr 2024 14:24
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimləri kişilərin beyni üzərində araşdırma aparıblar.

Milli.Az sfera.az-a istinadən bildirir ki, bu araşdırmalara görə, kişilərin beyni hər axşam saat 20:00-da kiçilir.

Qadınların şəxsi həyatlarına əsaslanaraq maraqlandıran suallardan biri də "kişi beyni necə işləyir?"dir.

O dərəcə ki, bu sual forumlarda qadınlar tərəfindən də araşdırılır.

Kişilərin əksəriyyəti bu suala "Açıq məntiqlə işləyir" cavabını versə də, qadınlardan məzəmmət dolu cavablar gəlir.

Kişi beyninin necə işlədiyi elmi araşdırmaların da mövzusu olub. Bu araşdırmaların sonuncusu ABŞ-da aparılıb.

"Live Science"da dərc olunan xəbərə görə, hər gün səhər saat 07:00 və axşam saat 20:00-da 26 yaşlı gəncin beyni MRT vasitəsilə müayinə edilib. Bu proses 30 gün ərzində 40 dəfə təkrarlanıb.

Araşdırmalar nəticəsində kişi beyninin saat 20:00-da kiçilməyə başladığı görülüb.

Pensilvaniya Universiteti Perelman Tibb Mərkəzindən Laura Pritschet:

"Kişilərdə səhər və axşam arasında steroid hormonlarında 70% azalma olur"-deyə bildirib.

Araşdırmada yaddaş, duyğu və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcminin hər gecə 0,6% azaldığı qeyd edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.