NASA mütəxəssisi Meksikada nümayiş olunan “yadplanetli mumiyalar”a münasibət bildirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb.
Milli.Az APA-ya istinadən bildirir ki, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən "canlı"larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub. Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan "yadplanetlilər" haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. "Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 12-də ufoloq Xayme Maussan Meksika parlamentində üçbarmaqlı əlləri və ayaqları olan mumiyalanmış "yadplanetlilər" adlandırdığı skletlər nümayiş etdirib. O, onların Perudakı Naska yaylasında aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu canlıların DNT-si insan DNT-sindən üçdəbir qədər fərqlənir ki, bu da onların Yerdən kənar mənşəyini sübut edir. O, həmçinin qeyd edib ki, onların min ildən çox yaşı var.
Maussan ilk dəfə deyil ki, Naska yaylasından mumiyalanmış üçbarmaqlı yadplanetlilər haqqında danışır. 2015-ci və 2017-ci illərdə də onun tapıntıları olub. Ekspertlərin fikrincə, onlar qədim dini ayinlər zamanı kəllə sümükləri deformasiyaya uğramış uşaqların qalıqlarıdır. Lakin bəziləri də həmin sümüklərin yadplanetlilərə aid olduğunu bildirirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





