Maraqlı

Sizi bezdirici xəstəliklərindən qoruyacaq vasitələr

10 Sentyabr 2023 12:53
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklərin meydana gəlməsinə gətirib çıxarır. 

Milli.Az Axşam.az-a istinadən qışda hansı qidaların orqanizmi daha da möhkəmləndirəcəyini təqdim edir. 

Yeməyinizə, salatlarınıza və qatığa ədviyatlar tökün. Duz yerinə ədviyyat istifadə edin. Bu, immunitetinizi qaldırmaqla yanaşı, bir çox xəstəliklərdən də sizi qoruyacaq. 

Zəncəfil istifadəsi immun sisteminizi daim qaydasında saxlayacaq. Antioksidantla zəngin olan zəncəfildən gün ərzində heç olmasa 1 dəfə istifadə etməlisiniz. 

Qaraistiot da sizi qış xəstəliklərindən xilas edəcək. Tərkibi dəmir və maqneziumla zəngin olan qaraistiot həmçinin bədəndəki tərləməni tənzimləyəcək. 

Zərfəçal, çörəkotu, kəklikotu da qış xəstəlikləri üçün orqanizmi möhkəmləndirən vasitələrdəndir. Ən əsası isə onları yeməkdə istifadə edərkən duz tökməməyinizdir. 

Eyni zamanda tərəvəzlərin az olduğu soyuq havalarda göyərtilər istifadə edin. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.