Maraqlı

Liposaksiyanın ziyanı nədir?

30 Aprel 2023 17:40
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Liposaksiya - bədənin müəyyən hissələrində olan piylənmənin vakuum vasitəsilə sovrulması üsuludur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu cərrahi üsulla bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxuması götürülür.

Hər bir əməliyyatda olduğu kimi liposaksiyada da göstərişlər və əks göstərişlər var.

Göstərişlər: Qeyri bərabər piylənmə. Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə birlikdə icra oluna bilər. Bu əməliyyatda yaş məhdudiyyəti yoxdur. Ancaq dərinin elastikliyi mühüm rol oynayır.

Əks göstərişlər: İstənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin ağırlaşması, psixi pozğunluqlar, onkoloji xəstəliklər. Ümumi piylənmə.

Liposaksiya bədənin bütün nahiyələrində icra edilə bilər. Ancaq üz, boyun, bud nahiyəsində əməliyyatın daha uğurlu olmasının səbəbi dərinin elastikliyidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.