Maraqlı

Ürəyin sağlamlığını qoruyan faydalı ot dəmləmələri

18 Fevral 2023 21:30
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sizə ürəyin sağlamlığını qoruyan çox faydalı dəmləmələri təqdim edirik.

Bu dəmləmələri 1 ay ərzində içmək olar. Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmələri qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin.

1. 1 xörək qaşığı razyana 1 stəkan qaynar suda dəmlənilir, süzülür və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı olmaqla qəbul edilir.

2. 1 ovuc yemişanı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində 2 dəfə 1/2 çay qaşığı bal əlavə edib 1/2 stəkan olmaqla için.

3. 1 xörək qaşığı quru nanəni 1 stəkan qaynar suda dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal əlavə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.