Ölkə

Anar Ağayev bu universitetdə yüksək vəzifəyə təyin olundu

5 Sentyabr 2025 11:55
Baxış: 701
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Tibb Universitetinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb.

2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.

A.Ağayev 2025-ci ilin 5 sentyabr tarixindən Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.