Ölkə

Baş nazirdən avtobuslarla bağlı qərar

5 Sentyabr 2025 16:12
Baxış: 757
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İdxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Dəyişikliklə yalnız elektrikli mühərriklə hərəkətə gətirilən oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış avtobuslara 15% idxal gömrük rüsumu tətbiq ediləcək.

Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.