Ölkə

Rektor özünə köməkçi və müşavirlər təyin etdi - FOTO

5 Sentyabr 2025 12:21
Baxış: 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Məmmədov Ruslan Araz oğlu rektorun köməkçisi, Kubışov İlqar Nadir oğlu rektorun elm və təhsil üzrə müşaviri və Məmmədova Lalə Yaşar qızı isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi, İ.Kubışov Regional Kollecin direktoru, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.