Ölkə

“Toyuna hazırlaşırdıq, ocağımız söndü...”

5 Sentyabr 2025 17:31
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, 26 yaşlı Rüstəm İsmiyevin yüksək sürət səbəbindən törətdiyi yol qəzasında həyatını itirməsi geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın Baku TV-yə istinadən məlumatına görə, Rüstəmin atası Şahin İsmiyevin də müzakirələrə qoşulması, gənclərə çağırış etməsi mövzuya diqqəti daha da artırıb.

Ş.İsmiyev bildirib ki, oğlu orta məktəbdə nümunəvi şagird olub, 555 balla İqtisad Universitetinə daxil olub və təhsilini uğurla bitirib:

"Rüstəm çox alicənab, mədəni gənc idi, həmişə aktivliyi ilə seçilirdi, bir neçə xarici dil bilirdi. Lakin avtomobil sevgisi onun həyatını puç etdi".

Mərhumun atası qeyd edib ki, oğlu işə gedərkən qəza törədib: "Biz onun toyuna hazırlaşırdıq, lakin ocağımız söndü. Bütün gənclərə səslənirəm ki, həvəs üçün, adrenalin üçün, avtomobil sevgiləri üçün həyatlarını məhv etməsinlər. Yaxınlarını da düşünsünlər".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.