Horadiz-Ağbənd dəmir yolu vasitəsilə yüklərin daşınmasına başlanıldı - FOTO
Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında bildirib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildə başlanıldığını xatırladan tikinti meneceri qeyd edib ki, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km-dir (yan yollarla birlikdə 140,6 km): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir.
Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb".
Ə. Cavad vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir.
Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləri olduğundan qazma işləri bəzən partladılma formasında icra edilir".
O qeyd edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib: "3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suva işləri sürətlə davam etdirilir".
"Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67% təşkil edir", - deyə Ə. Cavad fikrini yekunlaşdırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
-
Milli Məclisin iclası başladı - 8 məsələ
-
Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
XƏBƏR LENTİ
-
"Mənə dedi ki, Zöhrə Abdullayeva səndən halallıq almaq istəyirdi"
-
Orta aylıq əməkhaqqı 1100 manatı KEÇDİ
-
Pakistanda bazarda partlayış OLDU: Ölənlər var - VİDEO
-
93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO
-
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
-
Azərbaycan gimnastları Portuqaliyada qızıl qazandı - FOTO
-
Xocavənd rayonuna daha 18 ailə yola salındı
-
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - VİDEO - FOTO - YENİLƏNİB
-
Bu yolda sürət həddi ENDİRİLDİ
-
Xalq artisti özündən gözəl qızları ilə - FOTOlar
-
Azərbaycanda yeni universitet YARADILIR?
-
Dik Advokatdan DÇ-2026 üçün tarixi dönüş
-
“Ögey ana” filminin çəkildiyi yerdən - FOTO - VİDEO
-
Azərbaycandan Həcc səfəri başlayır - İlk uçuş tarixi açıqlandı
-
71 yaşlı əməkdar artist TANINMAZ HALDA - VİDEO
-
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
-
Bu şəkilə görə 2 hərbçi həbs EDİLDİ
-
Yol təhlükəsizliyi ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Azərbaycanda uşaq bağçasında görün nə tapıldı - Təhlükəli anlar
-
"Yaprak Dökümü"nün ulduzları 18 ildən sonra bir arada... - FOTO
-
Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ
-
Zaur ilk dəfə verilişinin bağlanmasından DANIŞDI
-
Milli Məclisin iclası başladı - 8 məsələ
-
“Qarabağ” ilk transferini etdi - FOTO





