Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O'Nili qəbul edib.
Milli.Az xəbər verir ki, dövlətimizin başçısı Meq O'Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Meq O'Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.
Bp şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.
Meq O'Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.
Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu./AZƏRTAC
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
-
Milli Məclisin iclası başladı - 8 məsələ
-
Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
XƏBƏR LENTİ
-
Ceyk Polun həkimi onun döyüşməsini istəmir
-
Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsi üzrə imtahanlar yekunlaşıb - FOTO
-
Yanan anbar məşhur şirkətindir - Rəsmi
-
"Mənə dedi ki, Zöhrə Abdullayeva səndən halallıq almaq istəyirdi"
-
Orta aylıq əməkhaqqı 1100 manatı KEÇDİ
-
Pakistanda bazarda partlayış OLDU: Ölənlər var - VİDEO
-
93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO
-
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
-
Azərbaycan gimnastları Portuqaliyada qızıl qazandı - FOTO
-
Xocavənd rayonuna daha 18 ailə yola salındı
-
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - VİDEO - FOTO - YENİLƏNİB
-
Bu yolda sürət həddi ENDİRİLDİ
-
Xalq artisti özündən gözəl qızları ilə - FOTOlar
-
Azərbaycanda yeni universitet YARADILIR?
-
Dik Advokatdan DÇ-2026 üçün tarixi dönüş
-
“Ögey ana” filminin çəkildiyi yerdən - FOTO - VİDEO
-
Azərbaycandan Həcc səfəri başlayır - İlk uçuş tarixi açıqlandı
-
71 yaşlı əməkdar artist TANINMAZ HALDA - VİDEO
-
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
-
Bu şəkilə görə 2 hərbçi həbs EDİLDİ
-
Yol təhlükəsizliyi ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Azərbaycanda uşaq bağçasında görün nə tapıldı - Təhlükəli anlar
-
"Yaprak Dökümü"nün ulduzları 18 ildən sonra bir arada... - FOTO
-
Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ





