Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
Kosta-Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib. Yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.
Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a ölkəmizin Kosta-Rikadakı səfirliyindən məlumat verilib.
Kosta-Rikanın Milli Stadionunda keçirilən mərasimdə Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.
Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kosta-Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində, səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Kosta-Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Daha sonra Kosta-Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib.
Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
-
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
-
"İranda küçələrə adımı verirlər, mənə “Bibi can” deyirlər"
XƏBƏR LENTİ
-
Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiya və elmi-tədqiqat göstəriciləri üzrə mühüm uğurlara imza atıb - FOTO
-
Natəvan Qasımzadə vəfat etdi - FOTO
-
İki hərbçimiz minaya düşdü - YENİLƏNİB
-
Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü
-
Burak Özçivitin rus qıza davranışı DİQQƏT ÇƏKDİ - VİDEO
-
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub - VİDEO - FOTO - YENİLƏNİB
-
Bu küçələrdə maşın saxlamaq qadağan OLUNUR
-
Şahbaz Şərif Rusiyaya gedəcək
-
Bakının bu ərazilərində 13:00-dan sonra işıq OLMAYACAQ
-
Balakəndə əməliyyat: Bağ sahəsindən 198 çətənə bitkisi çıxdı
-
Rəsul Çunayevin anası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Hicabdan blokposta: İran şəhərlərində nəzarətin yeni mərhələsi
-
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
-
Qızıl almaq istəyənlərə VACİB XƏBƏR - Qiymətlər dəyişdi
-
"Fəlakət" qızı ilə - VİDEO
-
Hantavirus yayılan gəmidə sərnişinlərdə sinir pozuntuları başladı
-
Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - FOTO
-
Mayda bir qərar verməklə hər şeyi dəyişən 3 BÜRC - Şans, pul və yeni imkanlar
-
Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
-
Kürəkənini öldürdürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
-
Bazarda rekord ARTIM - Neft bahalaşdı
-
Paytaxtda maşın piyadanı VURDU
-
Dünyanı narahat edən görüntülər - “Simpsonlar” yenə gündəmdə
-
Dollar yenə “dondu” - Bazarın diqqəti avroya yönəldi





