Hadisə

Azərbaycanda uşaq bağçasında görün nə tapıldı - Təhlükəli anlar

12 May 2026 11:32
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında həyəcanlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib. 

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib./bakupost.az

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.