Rusiya

Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB

4 Sentyabr 2025 20:54
Baxış: 780
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

KİV-də AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində, eləcə də "Telegram" sosial şəbəkəsində sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yalan məlumatlar yayılır.

O da vurğulanıb ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib:

"15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib".

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.(APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.