Hadisə

Astarada kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB

5 Sentyabr 2025 18:34
Baxış: 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

18:34

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: "Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".

--------
17:39


Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların qarpızdan zəhərləndiyi bildirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.