"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsi oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, klub rəsmisi bunun maliyyə ilə bağlı olduğunu bildirib
"Biz bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov həmin oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Hətta heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, onu buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir. Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il "Budo-Qlimt"ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının "Ferentsvaroş"a meydana girən kimi vurduğu qol mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik" - deyə, Tahir Gözəl açıqlamasında qeyd edib.
Qeyd edək ki,"Qarabağ" Andre Klovis, Olavio Juninyo və Sambo Sumano kimi hücum xətti oyunçuları ilə danışıqlar aparsa da, son anda transferlər baş tutmayıb.
Milli.Az