Mədəniyyət

Nurlana Abdullayeva “SƏSİN TANIŞ GƏLİR” solo-konsert ilə çıxış edəcək

5 Sentyabr 2025 15:50
Baxış: 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

13 sentyabr, 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında Nurlana Abdullayeva "SƏSİN TANIŞ GƏLİR" solo-konsert ilə çıxış edəcək.

O səsi eşidəndə - elə bil illər geri dönür, musiqi xatirəyə çevrilir... Retro ruh, zəriflik və qadın duyğularının səsi - Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlana Abdullayeva sizi unudulmaz bir musiqi axşamına dəvət edir. Sevilən klassiklər, canlı orkestr və o illərin səmimi ab-havası.

Konsertin təşkilatçıları - qadınlar üçün yaradıcı və biznes platforma @iz.community və @kurbansaid.restaurant butik restoranı.

O axşam səhnədə musiqi danışacaq. Biz orada olacağıq - səni də gözləyirik!
Biletlər əldə etmək üçün https://iticket.az/events/concerts/nurlana-abdullayeva-sesin-tanis-gelir/164344

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.